ABŞ-ın Nyu-York şəhərində 4 iyul – Müstəqillik Günü tarixində ilk dəfə olaraq nə silahlı atışma, nə də qətl hadisəsi qeydə alınıb.
Redaksiya xəbər verir ki, bu barədə şəhərin polis komissarı Cessika Tiş rəsmi X platforması səhifəsində açıqlama verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Nyu-York kimi kriminal hadisələrin sıx baş verdiyi bir şəhərdə belə sakitlik nadir hallarda müşahidə olunur və bu, şəhər tarixində ilk dəfə baş verib.
Polis rəhbərliyi ictimai asayişin qorunmasında əməkdaşların və şəhər sakinlərinin rolunu xüsusi vurğulayıb.
Sevinc Kərimova
