Misirdə maraqlı kəşf: Şahzadə xanımlar silah işlədirmiş

Misirdə maraqlı kəşf: Şahzadə xanımlar silah işlədirmiş

Orxan Börüsoy · Media ·

Qədim Misirdə kral ailəsinə mənsub qadınlarla bağlı uzun illər qəbul edilən fikirləri sarsıdan yeni araşdırma dərc olunub.

Redaksiya.az Frontiers in Environmental Archaeology jurnalında yayımlanan araşdırmaya əsasən xəbər verir ki, təxminən 4 min il əvvəl yaşamış şahzadələrin skeletləri üzərində aparılan tədqiqatlar onların məzarlarında tapılan yay, xəncər və toppuz kimi silahların yalnız mərasim məqsədilə dəfn edilmədiyini göstərib.

Arxeoloq Zeynəb Haşeş bildirib:

“Yuxarı ətraflarda nəzərəçarpacaq əzələ inkişafı müəyyən etdik. Bu, yayın kirişini çəkmək və ya silahı sabit saxlamaq kimi təkrarlanan və yüksək fiziki güc tələb edən hərəkətlərlə birbaşa əlaqəlidir. Bu da göstərir ki, onlar bu fəaliyyətləri həyatları boyu müntəzəm şəkildə yerinə yetiriblər.”