Donald Trampın Milad hədiyyəsi ilə bağlı Melania Trampdan maraqlı açıqlama

Donald Trampın Milad hədiyyəsi ilə bağlı Melania Trampdan maraqlı açıqlama

Aytac Dəniz · Media ·

ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı, Prezident Donald Trampa Milad bayramında hansı hədiyyəni verə biləcəyi barədə danışıb. O, hədiyyənin Trampın sevimli məşğuliyyətlərindən biri olan qolfla bağlı ola biləcəyinə işarə edib.

Redaksiya xəbər verir ki, jurnalist Melaniya Trampdan həyat yoldaşı üçün hansı Milad hədiyyəsini hazırladığını soruşub. Jurnalist ABŞ Prezidentinin qolfla bağlı hədiyyə almaq istəyə biləcəyini ehtimal edib.

Melaniya Tramp əvvəlcə sürprizi açıqlamaqdan imtina edib. Lakin daha sonra suala zarafatla cavab verib.

“Bəlkə də bir partiya qolf”, – deyə ABŞ-ın birinci xanımı bildirib.

Melaniya Trampın bu açıqlaması Donald Trampın qolf oyununa marağına işarə kimi qiymətləndirilib. Bununla belə, onun həyat yoldaşına konkret hansı hədiyyəni verəcəyi açıqlanmayıb.