Tailand və Kamboca arasında son günlərdə artan gərginliyə baxmayaraq, tərəflər yaxın 24 saat ərzində atəşkəs rejiminə keçmək barədə razılığa gəliblər.
Redaksiya xəbər verir ki, bu barədə Malayziya Baş naziri rəsmi açıqlama verib. Onun sözlərinə görə, atəşkəs qərarı yüksək səviyyəli danışıqların nəticəsində əldə olunub və məqsəd bölgədə daha genişmiqyaslı münaqişənin qarşısını almaqdır.
Hazırda Malayziya danışıqlarda vasitəçi rolunu oynayır və regionda sabitliyin bərpa olunması üçün diplomatik səyləri davam etdirir. Təhlükəsizlik və humanitar yardım məsələlərinin də gündəmdə olduğu bildirilir.
Sevinc Kərimova
