Suriyanın şimal bölgəsində məskunlaşan türkman icması açıqlama yayaraq, terror təşkilatı PKK/YPG/SDQ-yə qarşı həyata keçiriləcək hərbi əməliyyatlara tam hazır olduqlarını bəyan edib.
Redaksiya xəbər verir ki, türkman nümayəndələri öz açıqlamalarında torpaqlarını və ailələrini qorumaq üçün bütün imkanlarını səfərbər edəcəklərini vurğulayıblar. Onların sözlərinə görə, bölgədə türkmanların təhlükəsizliyi və varlığının davamlılığı üçün bu mübarizə qaçılmazdır.
Türkman liderləri bildiriblər ki, bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalar həm dinc əhaliyə, həm də regionun sabitliyinə ciddi təhlükə törədir. Bu səbəbdən türkmanlar gələcəkdə keçirilə biləcək əməliyyatlarda iştirak etməyə hazır olduqlarını bir daha bəyan ediblər.
Açıqlamada həmçinin beynəlxalq ictimaiyyət bölgədə baş verən hadisələri diqqətdə saxlamağa və mülki insanların müdafiəsi üçün təcili tədbirlər görməyə çağırılıb.
Sevnic Kərimova
