Suriyada türk dili seçmə fənlər siyahısından çıxarılıb

Suriyada türk dili seçmə fənlər siyahısından çıxarılıb

Aytac Dəniz · Media ·

Suriyada 2026–2027-ci tədris ili üçün ümumi təhsil proqramında türk dili seçmə xarici dil kateqoriyasından çıxarılıb və onun yerinə fransız dili daxil edilib. Bu barədə Türkiye Gazetesi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, qərar xüsusilə Suriyada yaşayan türkmənlər arasında ciddi narazılıq yaradıb.

Suriya Türkmən Məclisi türk dilinin yenidən tədris proqramına daxil edilməsi üçün təşəbbüs başladıb və məsələ ilə bağlı aidiyyəti qurumlarla təmasların aparıldığı bildirilir.

Qərarın hansı əsaslarla qəbul edildiyi barədə əlavə məlumat verilməyib.