Sudanda baş verən meşə yanğınları zamanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) vasitəsilə göndərilən yanğınsöndürmə avadanlıqları ölkədə minnətdarlıqla qarşılanıb. Sudanlı tanınmış müğənni Nada Algalaa, bu yardıma təşəkkür olaraq "Türkiyəyə salam olsun" adlı xüsusi mahnı təqdim edib.
Redaksiya məlumat verir ki, müğənni sosial mediada etdiyi paylaşımda bildirib:
“Çətin zamanda köməyə gələn sivilizasiyalar və boğazlar ölkəsi Türkiyəyə minnətdarıq.”
“Bu gün müharibə və sınaqlar qarşısında cəsarət göstərən, çətinliklərə sinə gərən igid insanlara təşəkkür günüdür.”
Algalaa-nın çıxışı sosial şəbəkələrdə və yerli mediada geniş rezonans doğurub. Mahnı, həm musiqi baxımından, həm də Türkiyə ilə Sudan arasında humanitar həmrəyliyi ifadə etməsi baxımından müsbət qarşılanıb.
AFAD rəsmiləri isə bu jestə görə təşəkkür edərək, Türkiyənin hər zaman ehtiyac içində olan xalqların yanında olmağa davam edəcəyini bəyan ediblər.
Sevinc Kərimova
