Stiv Bennon: Tramp 2028-ci ildə üçüncü müddətə seçiləcək

Stiv Bennon: Tramp 2028-ci ildə üçüncü müddətə seçiləcək

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon çıxışında Trampın gələcək seçkilərlə bağlı planlarını açıqlayıb.

Redaksiya xəbər verir ki, Bennon bəyan edib: “Tramp 2028-ci ildə üçüncü müddət üçün seçiləcək. Bir plan var və başladığımız işi bitirməliyik.”

Siyasi ekspertlər bu açıqlamanın ABŞ-da Konstitusiyanın iki müddət məhdudiyyətinə baxmayaraq respublikaçılar arasında yeni müzakirələrə yol aça biləcəyini qeyd edirlər. Bannonun sözləri Trampın siyasi gələcəyi ilə bağlı fərziyyələri daha da gücləndirib.