Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada davam edən müharibə və bölgəyə humanitar yardımın çatdırılması ilə bağlı mühüm açıqlamalar verib.
Redaksiya xəbər verir ki, Sisi Rəfah sərhəd-keçid məntəqəsinin açılması məsələsinə aydınlıq gətirərək bildirib:
“Rəfah keçidinin açılması üçün İsrailin razılığı tələb olunur.”
O, Qəzzada müharibənin dayandırılması üçün regional və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət göstərməyə hazır olduqlarını da vurğulayıb:
“Qəzzədəki savaşın dayandırılması üçün Qatar və ABŞ ilə əməkdaşlığa açığıq.”
Sisi əlavə edib ki, Misir hər zaman atəşkəsin əldə olunmasını istəyib və münaqişənin iki dövlətli həllinə dəstək verdiklərini bir daha bəyan edib:
“Biz hər zaman müharibənin dayandırılmasını istəmişik. İki dövlətli həll yolunu dəstəkləyirik.”
Qeyd edək ki, Misir bölgədə Qəzzaya humanitar yardımın çatdırılması və vasitəçilik təşəbbüslərində əsas ölkələrdən biri kimi çıxış edir.
Sevinc Kərimova
