Sinqapur Hərbi Dəniz Qüvvələrinə məxsus RSS Steadfast freqatında quraşdırılmış Thales HERAKLES çoxfunksiyalı radarının Yaponiyada fəaliyyətə başladığı anları əks etdirən görüntülər yayılıb.
Redaksiya xəbər verir ki, HERAKLES elektron skanlama prinsipi ilə işləyən radar olsa da, sistemdə fiziki olaraq fırlanan radar modulu da istifadə olunur. Bu konstruksiya gəmiyə 360 dərəcəlik müşahidə imkanı verir.
Radar hava və dəniz hədəflərinin aşkarlanması, izlənilməsi və onların koordinatlarının müəyyən edilməsi üçün nəzərdə tutulub.
HERAKLES eyni zamanda gəminin Aster hava hücumundan müdafiə raketlərinin hədəflərə yönəldilməsində və döyüş idarəetmə sisteminin məlumatla təmin edilməsində istifadə olunur.
