“Şimşək Makkuin” Formula-1 trasına çıxacaq

“Şimşək Makkuin” Formula-1 trasına çıxacaq

Fərid Əlizadə · Media ·

Formula-1-in təhlükəsizlik avtomobillərindən biri “Cars” animasiya filminin baş qəhrəmanı Şimşək Makkuin üslubunda bəzədilib.

Redaksiya xəbər verir ki, xüsusi dizaynlı avtomobil bu bazar İtaliyada keçiriləcək yarış zamanı trasda görünəcək.

Avtomobilin kuzovunda Makkuinin xarakterik dizayn elementlərindən istifadə olunub. Arxa hissədə isə qəhrəmanın məşhur “Kçau!” ifadəsi iri hərflərlə yazılıb.

Layihə Formula-1 ilə populyar mədəniyyətin kəsişməsində hazırlanmış xüsusi promo təşəbbüs kimi diqqət çəkib.