Sİ şirkətlərinin rəhbərləri BMT-də qlobal nəzarət istəyib

Sİ şirkətlərinin rəhbərləri BMT-də qlobal nəzarət istəyib

Fərid Əlizadə · Media ·

Dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərləri BMT Təhlükəsizlik Şurasını texnologiyanın nəzarətsiz inkişafının beynəlxalq təhlükəsizliyə və bütövlükdə bəşəriyyətə risk yarada biləcəyi barədə xəbərdar ediblər. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, sentyabrın 23-də keçirilən iclasda OpenAI şirkətinin rəhbəri Sem Altman, Anthropic şirkətinin rəhbəri Dario Amodei və Hugging Face şirkətinin həmtəsisçisi Kleman Delanq çıxış ediblər. Onlar hökumətləri daha güclü Sİ sistemlərinə nəzarət üçün beynəlxalq əməkdaşlığı genişləndirməyə çağırıblar.

Amodei Sİ-nin düzgün idarə olunmadığı halda bütün bəşəriyyət üçün təhlükəyə çevrilə biləcəyini bildirib. Altman isə texnologiyanın gələcəyinə dair əsas qərarların yalnız şirkətlər tərəfindən deyil, demokratik proseslər və ictimaiyyət qarşısında cavabdeh olan hökumətlər tərəfindən formalaşdırılmalı olduğunu vurğulayıb.

ABŞ nümayəndəsi qlobal mərkəzləşdirilmiş tənzimləmə təşəbbüslərini rədd edib. Çin tərəfi isə nəzarət mexanizmlərinin, fövqəladə hallara cavab sistemlərinin və sərhədlərarası əməkdaşlığın təkmilləşdirilməsinə çağırıb. BMT-nin müstəqil elmi panelinin həmsədri Yoşua Benjio təhlükələrin real və yaxın olduğunu bildirib.