Cənubi Koreya Prezidenti Li Çje Myon ABŞ-ni Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmağa çağırıb. O, bunun müqabilində Pxenyanın nüvə silahı və qitələrarası ballistik raket proqramlarını dondurmasını təklif edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Li Çje Myon tam nüvəsizləşdirmənin dərhal əldə olunmasını real hesab etmir. Onun təklifinə əsasən, əvvəlcə nüvə proqramı dayandırılmalı, daha sonra qarşılıqlı güzəştlər və etimad tədbirləri vasitəsilə arsenalın azaldılmasına keçilməlidir.
Cənubi Koreya rəhbərliyi əvvəlki nüvəsizləşdirmə prioritetindən mərhələli sülh yanaşmasına keçdiyini bildirir. ABŞ hələlik sanksiyaların yumşaldılması təklifinə rəsmi münasibət açıqlamayıb. Li Çje Myon planını BMT Baş Assambleyasında təqdim etməyə hazırlaşır.
