Rusiya Ukraynanın logistika obyektlərinə zərbələr endirdiyini bildirib

Rusiya Ukraynanın logistika obyektlərinə zərbələr endirdiyini bildirib

Vüsal Şahbazov · Media ·

Rusiya Ukraynanın müxtəlif bölgələrində bir sıra logistika obyektlərinə və dəniz nəqliyyatı hədəflərinə zərbələr endirildiyini bildirib.

Redaksiya xəbər verir ki, açıqlamada Kiyev vilayətinin Proqrebi yaşayış məntəqəsində yerləşən DHL logistika mərkəzinin, Borispoldakı Zammler Sklad ticarət-logistika kompleksinin, eləcə də Odessa vilayətinin Nerubayskoye ərazisindəki logistika mərkəzinin hədəfə alındığı iddia olunur.

Rusiya tərəfi Zammler Sklad kompleksinin Qərbdən Ukraynaya göndərilən silahların paylanmasında, Nerubayskoye logistika mərkəzinin isə Odessa limanına daxil olan hərbi yüklərin ölkə daxilində bölüşdürülməsində istifadə edildiyini bildirib.

Bundan əlavə, Yujnı limanında Ukrayna ordusu üçün hərbi texnika daşıdığı iddia edilən quru yük gəmisinə də zərbə endirildiyi qeyd olunur.

Bu obyektlərin hərbi məqsədlərlə istifadə edilməsi və zərbələrin nəticələri barədə Rusiya tərəfinin iddiaları hazırda müstəqil şəkildə təsdiqlənməyib.