Polymarket proqnoz platformasında Rusiya və Ukrayna arasında atəşkəs ehtimalı ilə bağlı göstəricilər kəskin şəkildə yüksəlib.
Redaksiya məlumat verir ki, platformada mayın sonu, iyun ayı və 2026-cı ilin sonuna qədər mümkün atəşkəslə bağlı ehtimallar qısa müddətdə demək olar ki, 100 faizə çatıb.

Yayılan qrafikdə son saatlarda proqnoz göstəricisinin çox sürətli artdığı görünür.
Polymarket istifadəçilərin real pulla siyasi və geosiyasi hadisələrin nəticələrinə mərc etdiyi proqnoz bazarı hesab olunur.
Ekspertlər bildirirlər ki, bu cür platformalar bazar iştirakçılarının gözləntilərini əks etdirsə də, rəsmi və ya zəmanətli nəticə kimi qiymətləndirilə bilməz.
Atəşkəslə bağlı gözləntilərin artması son günlər Moskva, Vaşinqton və Kiyev arasında diplomatik təmasların intensivləşməsi fonunda baş verir.
