Rusiya Prezidenti Vladimir Putin son çıxışında Qərb dövlətlərinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə münasibət bildirib. O, Qərb mediasında və siyasi dairələrində Rusiyanın müharibəni başladığı barədə sistemli şəkildə təbliğat aparıldığını qeyd edib.
Redaksiya xəbər verir ki, Putin bu iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. Onun sözlərinə görə, Moskvanın Ukrayna istiqamətində atdığı addımlar milli təhlükəsizlik maraqlarını qorumaq məqsədi daşıyır və Qərbin yaydığı ittihamlar Rusiyanın mövqeyini zəiflətmək üçün aparılan informasiya kampaniyasının bir hissəsidir.
Putin əlavə edib ki, belə yanaşma beynəlxalq münasibətlərdə gərginliyi daha da artırır və real həll yollarının tapılmasına xidmət etmir. O, Rusiya tərəfinin bundan sonra da öz maraqlarını müdafiə etməkdə qətiyyətli olacağını bəyan edib.
Sevinc Kərimova
