Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum etdi

Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum etdi

Yulduz Səlimov · Media ·

Rusiya Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə intensiv hücum həyata keçirib.

Redaksiya xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində 4 nəfər həyatını itirib, 100 nəfər yaralanıb.

Məlumata görə, zərbələr paytaxtın bütün rayonlarında dağıntılara səbəb olub. Yaşayış binaları, mülki infrastruktur obyektləri və avtomobillərə ziyan dəydiyi bildirilir.

Hadisə yerində xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları işləyir.

Ukrayna tərəfi hücumu son dövrlərin ən ağır hava zərbələrindən biri kimi qiymətləndirir.

Kiyevdə təhlükəsizlik tədbirləri gücləndirilib, sakinlərə hava həyəcanı siqnallarına ciddi əməl etmək tövsiyə olunub.