ABŞ-ın Kaliforniya ştatında yerləşən San Dieqo İslam Mərkəzinə silahlı hücum edilib.
Redaksiya xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində ən azı iki nəfər həyatını itirib.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Hücumun motivi və şübhəli şəxslərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Yerli təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq araşdırmaya başlayıb. ABŞ mediası hadisənin dini motivli olub-olmadığının da araşdırıldığını bildirir.
Hazırda yaralıların olub-olmaması və hücumun dəqiq şəraiti ilə bağlı əlavə məlumat gözlənilir.
