Qəzzada atəşkəs qüvvəyə mindi – İmzalar atıldı. Davamında nə olacaq?

Qəzzada atəşkəs qüvvəyə mindi – İmzalar atıldı. Davamında nə olacaq?

Sevinc Kərimova · Siyasət ·

Misir mediası xəbər verir ki, Qəzzada atəşkəs artıq qüvvəyə minib. İsrail ordusu artıq geri çəkilməyə başlayıb. İsrail rəsmiləri “Channel 12” telekanalına bildiriblər ki, atəşkəs bu axşam hökumətin razılaşmanı təsdiqləməsindən sonra tam olaraq qüvvəyə minəcək.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Trampın elan etdiyi Qəzza sülh planı üçün bu gün kritik saatlar yaşanır. Bakı vaxtı ilə:

13:00 — Şarm əl-Şeyxdə razılaşmanın imzalanması mərasimi keçirilib.
16:00 — İsrailin Təhlükəsizlik Kabineti toplanacaq.
17:00 — İsrail hökuməti razılaşmanı rəsmi olaraq təsdiqləyəcək.

Razılaşmanın həyata keçməsi ilə Qəzzada üç ilə yaxın davam edən müharibənin son mərhələsinə daxil olunduğu bildirilir.