Qərb mediası Tramp Zelenski danışıqlarına dair ilkin reaksiyalarını açıqladı

Qərb mediası Tramp Zelenski danışıqlarına dair ilkin reaksiyalarını açıqladı

Sevinc Kərimova · Siyasət ·

Qərb mediası ABŞ və Ukrayna liderləri arasında keçirilən danışıqlardan sonra ehtiyatlı və ölçülü qiymətləndirmələr yayımlayıb. Aparıcı media qurumları görüşün əhəmiyyətini vurğulasa da, prosesin hələ yekun nəticə vermədiyini qeyd ediblər.

Redaksiya məlumat verir ki, Sky News danışıqlardan sonra ABŞ və Ukraynanın mövqelərində ciddi dəyişiklik olmadığını bildirib. CNN isə ABŞ prezidenti Donald Tramp ilə Volodimir Zelenski arasında keçirilən görüşdən sonra sülh sazişi üzərində məhdud irəliləyiş əldə edildiyini yazıb.

BBC-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün sülh planı üzrə müəyyən irəliləyişin olduğunu desə də, çətin məsələlərin qaldığını etiraf edib. The New York Times da tərəflərin irəliləyiş elan etdiyini, lakin sülh razılaşmasının hələ də əlçatmaz olduğunu vurğulayıb.

Independent nəşri ABŞ prezidenti Donald Trampın mühüm danışıqlardan sonra çətin məsələlərə diqqət çəkdiyini qeyd edib. Business Time Trampın əhəmiyyətli irəliləyiş barədə danışdığını yazıb, France 24 isə sülh sazişinin yaxınlaşdığını, lakin əsas məsələlərin hələ həll olunmadığını bildirib.