“Washington Post”un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla son telefon danışığında Kiyevin Donetsk vilayəti üzərində tam nəzarətdən imtina etməsini müharibənin dayandırılması üçün əsas şərt kimi irəli sürüb.
Redaksiya xəbər verir ki, mənbələrə əsasən, Putin bunun əvəzində Zaporojye və Xerson vilayətlərinin bir hissəsindən geri çəkilməyə hazır olduğunu bildirib. “Washington Post”un yazdığına görə, Ağ Evdəki bəzi rəsmilər bu bəyanatı sülh istiqamətində irəliləyiş kimi qiymətləndiriblər.
Qəzet qeyd edir ki, danışıqlar hələ ilkin mərhələdə olsa da, tərəflərin kompromis imkanlarını müzakirə etməsi Ukrayna münaqişəsinin diplomatik yolla həllinə doğru ilk real addım kimi qiymətləndirilir.
