Putin NATO baş katibinin açıqlamalarını müharibə çağırışı adlandırıb

Putin NATO baş katibinin açıqlamalarını müharibə çağırışı adlandırıb

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putin NATO-nun baş katibi Mark Rutteyə ünvanlanan sərt açıqlama ilə çıxış edib və alyansın mövqeyini tənqid edib. Putin bildirib ki, Rusiyaya qarşı müharibəyə hazırlıq çağırışları məntiqsiz və təhlükəlidir.

Redaksiya xəbər verir ki, Vladimir Putin NATO rəhbərliyinin Rusiyanı hədəf kimi göstərməsini anlamadığını vurğulayıb. O, ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasını xatırladaraq, həmin sənəddə Rusiyanın düşmən və ya müharibə obyekti kimi təqdim edilmədiyini qeyd edib.

Putin çıxışında ABŞ-nin NATO daxilində əsas ölkə olduğunu vurğulayıb və ABŞ-nin Rusiyanı nə düşmən, nə də rəqib kimi gördüyünü bildirib. Onun sözlərinə görə, bu halda NATO-nun Rusiyaya qarşı müharibə ritorikası aparması ziddiyyət yaradır.

Rusiya prezidenti NATO baş katibinə ünvanlanan sualında alyans rəhbərliyinin rəsmi sənədləri oxuyub-oxumadığını sorğulayıb və Rusiyanın süni şəkildə müharibə hədəfinə çevrilməsinin regionda gərginliyi daha da artıracağını qeyd edib.