Putin Azərbaycan, Ukrayna, Avropa, ABŞ və NATO-dan danışdı

Putin Azərbaycan, Ukrayna, Avropa, ABŞ və NATO-dan danışdı

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanla münasibətlər barədə danışıb.

Redaksiya xəbər verir ki, Putin Azərbaycanın Prezidenti İlham Əliyev və xanımı ilə Çində salamlaşdığını və bir neçə kəlmə söhbət etdiyini bildirib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən məsələlərin mövcud olduğunu etiraf etsə də, fundamental əlaqələrin və qarşılıqlı marağın bu problemləri aradan qaldıracağına əminliyini ifadə edib.

Putin həmçinin vurğulayıb ki, Moskva hər zaman Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, lakin Avropa İttifaqına üzvlüyünü heç vaxt sual altına almayıb. O, Ukrayna Prezidenti Vladimir Zelenskini dəvət edərək, əgər hazırdırsa, Moskavaya gələ biləcəyini qeyd edib.

Mətbuat konfransında çıxışı zamanı Putin Qərbi Rusiyanın təhlükəsizlik narahatlıqlarını görməməzliyə vuraraq Ukraynada faciəyə səbəb olmaqda günahlandırıb. ABŞ Prezidenti Donald Trampın açıqlamaları ilə bağlı suala cavab verən Rusiya lideri isə “hamı yaxşı bilir ki, Tramp yumor hissindən məhrum deyil” deyə bildirib.