ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin Vaşinqtona sərt xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri ABŞ-ın İrana qarşı hərbi əməliyyata qoşulmasının Yaxın Şərqdə vəziyyəti tamamilə nəzarətdən çıxara biləcəyini bildiriblər.
Redaksiya xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ı İsrailə birbaşa hərbi dəstək verməkdən çəkinməyə çağırıb. O, bu cür addımın regionda böyük sabitsizlik və nəzarətsiz qarşıdurma yaradacağını deyib. Rusiya Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Naryşkin isə hazırkı situasiyanı “kritik” adlandırıb və hərbi münaqişənin genişlənməsi riskinə diqqət çəkib.
Putin ABŞ-ın İrana qarşı istənilən birbaşa müdaxiləsinin “bölgədə geri dönməz nəticələrə səbəb ola biləcəyini” bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov isə bu açıqlamaların ardınca bildirib ki, Rusiya diplomatik həll yolunu dəstəkləyir və tərəfləri maksimum təmkin göstərməyə çağırır.
Sevinc Kərimova
