Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərqdə artan gərginliklə bağlı mövqeyini açıqlayıb. O, Al-Arabia mətbuatına verdiyi müsahibədə Türkiyə ilə İsrail arasındakı münasibətlərin hazırda ən gərgin dövrlərdən birini yaşadığını bildirib.
Redaksiya xəbər verir ki, dövlət başçısı “Əgər bizim iştirakımız arzu olunarsa, biz də qoşularıq. Ortaq zəmin tapmaq üçün diplomatik səylər göstərməyə çalışarıq” deyə bəyan edib.
Prezidentin sözlərinə görə, Azərbaycanın məqsədi bölgədə sabitliyi gücləndirmək və tərəflər arasında dialoqa töhfə verməkdir.
Sevinc Kərimova
