Avropa İttifaqı və bəzi Avropa paytaxtlarından gələn addımlar Rusiyaya qarşı gərginliyi artırır. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, onlar Rusiyanı "şər qüvvə" kimi göstərməyə çalışır və bunun üçün öz vergiödəyicilərinin cibinə əl ataraq xərclərini artırmaq istəyirlər.
Redaksiya xəbər verir ki, Peskov Rusiyanın Avropaya heç bir təhdid yaratmadığını, əksinə, bu konfrantasiyanın Avropa dövlətlərinin öz problemi olduğunu deyib. Onun sözlərinə görə, Rusiya öz maraqlarına zərər vurmaq niyyətində deyil və təxribatlara cavab vermək gücündədir.
Peskov Fransa prezidenti Emmanuel Makronun neft daşımalarının yavaşladılması ilə bağlı açıqlamasına da toxunub. O bildirib ki, sözügedən tanker daşımaları kommersiya xarakteri daşıyır və Rusiyaya aidiyyatı yoxdur. Kremlin sözçüsü əlavə edib ki, əslində beynəlxalq enerji daşımacılığına problemləri yaradan tərəf Fransa hökumətidir.
