Pentaqon rəhbəri: ABŞ xarici siyasətində ‘utopik idealizm’ dövrü başa çatır

Pentaqon rəhbəri: ABŞ xarici siyasətində ‘utopik idealizm’ dövrü başa çatır

Sevinc Kərimova · Siyasət ·

Pentaqon rəhbəri Pit Hetseq Politico nəşrinə istinadən Amerikanın əvvəlki administrasiyalarının siyasətini kəskin tənqid edərək “utopik idealizmin” dövrünün başa çatdığını bəyan edib. O, Reyqan adına müdafiə forumunda çıxışı zamanı ABŞ-in xarici siyasətdə yeni mərhələyə keçdiyini bildirib.

Redaksiya xəbər verir ki, Hetseq çıxışında Vaşinqtonun demokratiya quruculuğu, izahı çətin müharibələr və iqlim məsələləri ətrafında deyil, birbaşa ABŞ maraqlarının qorunmasına diqqət yetirməli olduğunu vurğulayıb. O, Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməsinin vacibliyini qeyd edərək müdafiə xərclərinin artırılmasını zəruri sayıb.

Hetseq həmçinin ABŞ-in Çinlə açıq qarşıdurmadan yayınmasının və Pekinin gücünü nəzərə alaraq daha realist siyasi xətt yürütməsinin vacibliyini ifadə edib. O, Almaniya, Polşa və Cənubi Koreya kimi müttəfiqlərin müdafiə xərclərini artırmasını müsbət addım kimi dəyərləndirib.

Məlumata görə, bundan əvvəl Vaşinqton Avropa İttifaqına xəbərdarlıq edərək bildirmişdi ki, Avropa ölkələri 2027-ci ilə qədər kəşfiyyatdan raket imkanlarına qədər bir sıra müdafiə öhdəliklərini daha çox üzərlərinə götürməsələr, ABŞ NATO-nun bir sıra koordinasiya proqramlarından geri çəkilə bilər.