Çin tənzimləyiciləri humanoid robot istehsalçılarının ilkin kütləvi təklif planlarını daha sərt yoxlamağa başlayıblar. Qurumlar şirkətlərin gəlirlərinin real bazar tələbatına əsaslanıb-əsaslanmadığını araşdırırlar. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, bəzi şirkətlərin birjaya çıxış prosesləri qeyri-rəsmi göstərişlər əsasında dayandırılıb və ya təxirə salınıb. Tənzimləyicilər dövlət maliyyəli layihələrdən əldə olunan gəlirlərin dayanıqlılığına xüsusi diqqət yetirirlər.
Yoxlamalar Unitree Robotics şirkətinin səhmlərinin ilkin yüksəlişdən sonra pik göstəricidən 55 faiz ucuzlaşması fonunda gücləndirilib. Pekin humanoid robot sənayesini strateji sahə kimi dəstəkləsə də, şirkətlərdən real sifarişlər və kommersiya tətbiqləri tələb edir.
