İranın sonuncu şahının oğlu və müxalifət xadimi Rza Pəhləvi Müctəba Xameneinin hazırda ortalıqda olmadığını bildirib. O, Müctəbanın sağ olduğu halda zirzəmidə gizləndiyini və ictimai şəkildə danışmağa belə cəsarət etmədiyini iddia edib. Bu barədə Iran International məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Pəhləvi bu fikirləri Torontoda keçirilən Böyük Kir tədbirində çıxışı zamanı səsləndirib. O, İran hakimiyyətinin ən yüksək qərarverici strukturlarında ciddi parçalanma və qarşılıqlı etimadsızlıq yarandığını iddia edib.
Pəhləvi çıxışında Əli Xamenei və İran hakimiyyətinin bir sıra yüksək vəzifəli şəxslərinin öldürüldüyünü də bildirib. O, Müctəba Xameneinin isə itkin olduğunu və onun taleyi barədə açıq məlumatın olmadığını deyib.
Araşdırma zamanı ilkin mətndə göstərilən Morteza adının doğru olmadığı müəyyən edilib. Sitat Müctəba Xamenei barədə səsləndirilib.
