Paşinyandan Ərdoğana: "Turan koridoru, sülh qovşağı"

Paşinyandan Ərdoğana: "Turan koridoru, sülh qovşağı"

Sevinc Kərimova · Siyasət ·

Ermənistanın baş naziri Nikol Paşinyan regionda sülh və əməkdaşlıqla bağlı verdiyi son açıqlamalarda Türkiyə ilə münasibətlərə və Zəngəzur dəhlizi müzakirələrinə toxunub. O bildirib ki, Türkiyə və Ermənistan arasında təhdid dili artıq keçmişdə qalıb və tərəflər bir-birinə təhlükə yaratmır.

Redaksiya xəbər verir ki, Paşinyan ölkəsinin təklif etdiyi “Sülh qovşağı” təşəbbüsünün bölgədəki digər planlara, xüsusilə də Turan koridoru kimi tanınan layihəyə mane olmadığını vurğulayıb. “Bizim təklif etdiyimiz qovşaq Turan koridorunu bağlamır. Əgər su varsa, hamımız içə bilərik,” – deyə o, tərəflər arasında qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın mümkün olduğunu bildirib.

Paşinyanın bu açıqlamaları Ermənistanın bölgədə gərginlikdən dialoqa keçmək niyyətini göstərən mesaj kimi qiymətləndirilir.

Sevinc Kərimova