Paris və Berlin arasında Rusiya aktivləri ilə bağlı fikir ayrılığı dərinləşir

Paris və Berlin arasında Rusiya aktivləri ilə bağlı fikir ayrılığı dərinləşir

Sevinc Kərimova · Siyasət ·

Avropa İttifaqı daxilində Fransa və Almaniya arasında etimad böhranı yaşanıb. Məlumata görə, Fransa açıq şəkildə səssiz qalmasına baxmayaraq, pərdəarxası proseslərdə Almaniyanın mövqeyini zəiflədərək mühüm qərarın qarşısını alıb.

Redaksiya FT-ə istinadla xəbər verir ki, Paris son anda digər skeptik mövqedə olan ölkələrlə birləşərək Almaniya kansleri Fridrix Merzin Ukrayna üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planını bloklayıb. Bu addım kanslerin sammitdə siyasi uğur qazanmaq imkanını da aradan qaldırıb.

Qərar Berlin üçün gözlənilməz olub və Fransa-Almaniya tandemi daxilində ciddi etimad qırılmasını üzə çıxarıb. Diplomatik dairələrdə bu hadisə iki ölkə arasında münasibətlərin kəskin şəkildə soyuması kimi qiymətləndirilir.

Avropa İttifaqının yüksək rütbəli diplomatlarından biri vəziyyəti şərh edərək bildirib ki, Fransa prezidenti Emmanuel Makronun bu addımı Almaniya rəhbərliyi tərəfindən xəyanət kimi qəbul olunur və bunun siyasi nəticələri olacaq.