Pakistanın Dawn qəzeti xəbər verir ki, ölkədə hərbi helikopter qəzaya uğrayıb və göyərtədə olan beş nəfərlik heyət üzvünün hamısı həlak olub.
Redaksiya xəbər verir ki, hadisə helikopterin yeni istifadəyə verilən meydançada sınaq enişi zamanı baş verib. İlkin ehtimallara görə, qəzanın səbəbi texniki nasazlıqla bağlı ola bilər.
Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün rəsmi araşdırmaya başlanılıb.
Sevinc Kərimova
