Orban: “Ukrayna kəşfiyyatı artıq Macarıstana sızıb”

Orban: “Ukrayna kəşfiyyatı artıq Macarıstana sızıb”

Sevinc Kərimova · Siyasət ·

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna kəşfiyyatının fəaliyyəti ölkəsinin daxili siyasətinə qədər nüfuz edib. Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları “Tisa” adlı proukraind siyasi partiya vasitəsilə Macarıstanın ictimai və siyasi həyatına təsir göstərməyə çalışır.

Redaksiya xəbər verir ki, Orban bu məsələni hökumət toplantısında gündəmə gətirərək, Ukrayna kəşfiyyatının “texnoloji dəstək və manipulyasiya üsulları ilə” seçkilərdə təsir yaratmaq cəhdlərini tənqid edib. “Bir vaxtlar deyirdik: ruslar artıq mətbəximizdədir; indi isə deməliyik ki, ukraynalılar artıq cib telefonlarınızda,” — deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, hökumət bu cür müdaxilələrə qarşı ciddi tədbirlər görəcək və ölkənin siyasi müstəqilliyini qorumaq üçün bütün qanuni addımları atacaq.