Ədliyyə Nazirliyinin İsrailin Baş naziri Benyamin Netanyahu və Afek Moskoviç barəsində soyqırımı ittihamı üzrə qırmızı bülleten çıxarılması üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət etdiyi bildirilir.
Redaksiya xəbər verir ki, ABŞ və Almaniyanın məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən məlumat almağa çalışdığı qeyd olunur. Prosesin beynəlxalq hüquqi və diplomatik nəticələrinin diqqətlə izlənildiyi bildirilir.
Məlumata görə, İsraillə əlaqəli lobbi qrupları qırmızı bülletenin çıxarılmasının qarşısını almaq üçün ABŞ üzərindən diplomatik təşəbbüslər göstərirlər. Bu iddialarla bağlı tərəflərin rəsmi mövqeyi barədə əlavə məlumat açıqlanmayıb.
Netanyahu barəsində qırmızı bülletenin verilməsi halında onun xarici səfərləri və hüquqi statusu ilə bağlı bir sıra ölkələrdə əlavə problemlərin yarana biləcəyi bildirilir. Xüsusilə bəzi Avropa ölkələri və ABŞ üçün diplomatik və hüquqi çətinliklərin ortaya çıxa biləcəyi qeyd olunur.
Qırmızı bülletenin verilib-verilməyəcəyi ilə bağlı yekun qərarın hazırda qəbul edildiyi təsdiqlənməyib və prosesin hüquqi mərhələləri davam edir.
