İsrailin Baş naziri Benyamin Netanyahu bəzi Qərbi Avropa ölkələrinin İsrailə münasibətini sərt tənqid edib. O, bir sıra hökumət və siyasi liderlərin İsraildən üz döndərdiyini bildirib.
Redaksiya xəbər verir ki, Netanyahu bəzi ölkələrin rəhbərliklərini zəiflikdə ittiham edərək onların İsrailə qarşı mövqeyindən narazılığını ifadə edib.
“İsraildən üz döndərən zəif hökumətlər və zəif liderlər var”, – deyə İsrailin Baş naziri bildirib.
Netanyahu Qərbi Avropanın bəzi dövlətlərini də tənqid edərək onların terrorizmlə mübarizə aparmaq əvəzinə İsraili qınamağa üstünlük verdiyini iddia edib.
“Qərbi Avropanın bəzi ölkələri terrorizmlə mübarizə aparmaq əvəzinə İsraili qınamağı üstün tuturlar”, – deyə Netanyahu vurğulayıb.
