Netan­yahu HƏMAS-a qarşı genişmiqyaslı quru əməliyyatını elan etdi

Netan­yahu HƏMAS-a qarşı genişmiqyaslı quru əməliyyatını elan etdi

Sevinc Kərimova · Siyasət ·

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatına görə, ordunun HƏMAS-a qarşı yeni mərhələdə hərbi əməliyyatları başlayacaq. O bildirib ki, səhər saatlarından etibarən silahlı dəstələr izləniləcək və tam mühasirəyə alınacaq.

Redaksiya xəbər verir ki, Netanyahu açıqlamasında HƏMAS-a yardım edən hər kəsin də məsuliyyətə cəlb olunacağını bildirib. Onun sözlərinə görə, İsrail daha sərt tədbirlər görəcək və əməliyyatların miqyası genişlənəcək.

Baş nazir əlavə edib ki, ölkənin təhlükəsizliyi üçün bütün imkanlardan istifadə olunacaq və əməliyyatlar sona qədər davam etdiriləcək.