Netanyahu: “Fələstin dövləti qurulmayacaq”

Netanyahu: “Fələstin dövləti qurulmayacaq”

Sevinc Kərimova · Siyasət ·

İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib ki, bəzi liderlərin “Fələstin terroruna alçaldıcı şəkildə boyun əyməsi” İsrail üçün heç bir məcburiyyət yaratmır. Onun sözlərinə görə, Fələstin dövlətinin yaradılması mümkün olmayacaq.

Redaksiya xəbər verir ki, Baş nazirin ofisindən yayılan başqa bir açıqlamada isə İsrailin hazırda Suriya ilə danışıqlar apardığı bildirilib. Məqsədin İsrailin milli maraqlarını qorumaq olduğu vurğulanıb.

Açıqlamada qeyd olunub ki, bu maraqlara Suriya cənub-qərbində silahsızlaşdırmanın təmin olunması və bölgədə yaşayan druz icmasının təhlükəsizliyinin qorunması daxildir.