Musiqi və elm: Sirli sənətkarın qeyri-adi dünyası

Musiqi və elm: Sirli sənətkarın qeyri-adi dünyası

Səidə Əsədli · Şou-Biznes ·

Musiqi dünyasında özgün yaradıcılığı ilə seçilən, öz musiqi alətlərini yaradan bir sənətkarın kimliyi müzakirə mövzusudur. Bu sənətkarın musiqisi təkcə emosional deyil, həm də fizika, biologiya və astronomiya kimi elmlərlə sıx bağlıdır. Onun yaradıcılığının əsas xüsusiyyətləri, musiqinin təbiətlə və elmlə əlaqəsi, həmçinin texnologiyadan istifadəsi ilə bağlıdır.

Redaksiya məlumat verir ki, bu sənətkarın musiqisi, ritmləri ay dövrlərinə, melodiyaları isə DNT quruluşuna və ya vulkanik hərəkətlərə bağlayır. Klassik alətləri kifayət qədər hesab etməyərək, musiqi yaradarkən texnologiyaya üz tutur. Piano və ya gitara əvəzinə, səs sahəsində yeni kəşflər axtarır. Bu səbəbdən MIDI sistemləri, xüsusi proqramlar və eksperimental elektron qurğular onun musiqisinin əsas hissəsidir. Səsini təbiət hadisəsi kimi istifadə edir və klassik ifa qaydalarına əsla riayət etmir. Onun səsi, pıçıltıdan çığırışa, kövrəklikdən vəhşiliyə qədər dəyişir və qəsdən "qüsurlu" və hamı kimi saxlanılır. Onun klipləri moda, incəsənət və performansın birləşməsindən ibarətdir. Alexander McQueen, Iris van Herpen və Matthew Barney kimi sənətkarlarla çalışaraq kliplərini bir incəsənət əsərinə çevirir və klipləri ilə önə çıxır. Onun üçün klip, mahnının vizual davamıdır.

O, ənənəvi pop sənayesini rədd edir. Hit-paradlar, radio uyğunluğu və ya alqoritmlər onun yaradıcılıq meyarı deyil. Karyerası boyunca əsas axından uzaqlaşaraq tamamilə öz estetik aləmini qurub. Təhsil, texnologiya və incəsənəti birləşdirərək layihələr hazırlayır. Xüsusilə bir layihəsi bəzi ölkələrdə musiqi və fənn dərslərində tədris materialı kimi istifadə olunub. Özü pop musiqini bir "tədris vasitəsi" kimi istifadə edən nadir sənətkarlardan biridir. O, öz musiqi alətini özü dizayn edir. Bir albomu üçün təkcə musiqi yazmayıb, səsləri yaratmaq üçün xüsusi alətlər də hazırlayıb. Bunlara yerçəkimi ilə işləyən bir arfa və nəhəng bir musiqi qutusu mexanizmi daxildir. Bu sənətkarın kimliyi hələ də sirr olaraq qalır.