Əfsanəvi “Monopoly” stolüstü oyununun Netflix üçün realiti-şou formatına uyğunlaşdırıldığı bildirilir. Layihədə iştirakçılar 2 milyon dollarlıq mükafat uğrunda real şəraitdə yarışacaqlar.
Redaksiya xəbər verir ki, yarışmacılar oyunun klassik mexanikasına uyğun olaraq əmlak alıb-satacaq, biznes imperiyaları quracaq və rəqiblərini mübarizədən kənarlaşdırmağa çalışacaqlar.
Şounun qalibi yarışın sonunda ayaqda qalan son “maqnat” olacaq. Formatın stolüstü oyundakı iqtisadi strategiya, danışıqlar və rəqabət elementlərini realiti-şou dinamikası ilə birləşdirəcəyi qeyd olunur.
Layihənin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır. İştirakçı seçimi, çəkiliş məkanı və buraxılış sayı barədə əlavə məlumat verilməyib.
Netflix və “Monopoly” brendinin hüquq sahibindən layihənin bütün detalları ilə bağlı ayrıca geniş açıqlama təqdim olunmayıb.
