Şahbaz Şərif Hindistanı sərt cavabla hədələyib

Şahbaz Şərif Hindistanı sərt cavabla hədələyib

Nizami Salmanov · Media ·

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanı İndus Suları Müqaviləsini birtərəfli qaydada dayandırmaqda ittiham edib və bunu qanunsuz addım adlandırıb. O bildirib ki, Pakistanın su ehtiyatlarının hər damlası ölkə üçün qırmızı xətdir.

Redaksiya xəbər verir ki, Şərif Hindistanın mövqeyini dəyişməyəcəyi təqdirdə birbaşa cavabla üzləşəcəyini deyib. Pakistan lideri ölkəsinin şərəfli və ləyaqətli sülhün tərəfdarı olduğunu, eyni zamanda regionda sabitliyin təminatçılarından birinə çevrildiyini bildirib.

Baş nazir Hindistana 2025-ci ilin mayında baş vermiş qarşıdurmanı xatırladaraq, Yeni Dehlinin həmin dövrdə ağır məğlubiyyət yaşadığını iddia edib. O vurğulayıb ki, gələcəkdə Pakistanın suverenliyinə və təhlükəsizliyinə qarşı hər hansı addım atılarsa, buna əvvəlkindən daha güclü cavab veriləcək.

Şahbaz Şərif Hindistanın İndus Suları Müqaviləsini dayandırmasını regionda sülh və sabitliyə qarşı təhlükə kimi qiymətləndirib. O, Pakistanın su təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu vurğulayıb.