Türkiyədə Ahbap Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində dərnəyin rəhbəri Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edilib. Bu barədə CNN Türk məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra 23 şübhəli İstanbul Ədliyyəsinə göndərilib, bir nəfər isə sərbəst buraxılıb.
Prokurorluqdakı ifadələrdən sonra 19 nəfərin həbsi, digər şübhəlilər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələb olunub. Məhkəmə Haluk Levent və daha 13 nəfərin həbsinə, 11 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
İstintaq “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, vergi və dərnəklər haqqında qanunvericiliyin pozulması ilə bağlı şübhələr əsasında aparılır.
Bunlar istintaq orqanlarının irəli sürdüyü ittihamlardır. Şübhəlilərin təqsirli olub-olmadığı yekun məhkəmə qərarı ilə müəyyənləşəcək.
