Deniz Sekinin balkondan yıxılması xəbəri təkzib edilib

Deniz Sekinin balkondan yıxılması xəbəri təkzib edilib

Aytac Dəniz · Media ·

Türkiyəli müğənni Deniz Sekinin balkondan yıxıldığı barədə yayılan məlumat təkzib edilib. Bildirilib ki, sənətçi ötən gecə konsertdən sonra evində pişik və itlərini yemləyərkən yaş səthdə sürüşərək yıxılıb.

Redaksiya xəbər verir ki, hadisə zamanı evdə olan əməkdaşları dərhal təcili tibbi yardım çağırıblar və Deniz Seki xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun çanaq və onurğa nahiyəsində xəsarətlər olduğu müəyyən edilib.

Müğənni qısa müddət sonra əməliyyat olunub. Açıqlamaya görə, cərrahi müdaxilə uğurla başa çatıb.

Hazırda Deniz Sekinin vəziyyətinin yaxşı olduğu və istirahət etdiyi bildirilir.