Multikan-8 peyvəndində ölümcül virus aşkarlanıb

Multikan-8 peyvəndində ölümcül virus aşkarlanıb

Aytac Dəniz · Media ·

Rusiyada itlər üçün nəzərdə tutulan Multikan-8 peyvəndinin 20-ci seriyasından götürülən nümunələrdə canlı Auyeski virusu aşkarlanıb. Baytarlıq nəzarəti qurumu həmin seriyanın istifadəsi ilə itlərin ölüm halları arasında səbəb-nəticə əlaqəsinin təsdiqləndiyini bildirib. Bu barədə Rosselxoznadzor məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, virus Yaroslavl vilayətində götürülmüş peyvənd nümunələrinin laboratoriya müayinəsi zamanı müəyyən edilib. Qurum Multikan-8 peyvəndinin 20-ci seriyasının dövriyyədən çıxarılmasını və məhv edilməsini tələb edib.

Auyeski xəstəliyi psevdobeshenstvo kimi də tanınan kəskin virus infeksiyasıdır. Xəstəlik it və pişiklərdə sinir sistemini zədələyə, güclü qaşınma, nevroloji pozuntular və digər ağır simptomlara səbəb ola bilər. Bu heyvanlarda infeksiya adətən çox ağır keçir və çox vaxt ölümlə nəticələnir.

Multikan-8 istehsalçısı Vetbioxim daha əvvəl bir neçə seriyanı geri çağırmışdı. Şirkət öz araşdırmasına təqdim edilən nümunələrdə Auyeski virusunun aşkarlanmadığını bildirsə də, bütün peyvənd seriyalarının istehsalını səbəblər tam müəyyənləşdirilənədək dayandırıb.