Moskvada mobil internet 5 gün işləməyəcək

Moskvada mobil internet 5 gün işləməyəcək

Fərid Əlizadə · Media ·

Rusiyada mobil operatorlar Moskva sakinlərinə 5-9 may tarixlərində mobil internet və SMS xidmətlərində müvəqqəti məhdudiyyətlərin mümkünlüyü barədə xəbərdarlıq göndərməyə başlayıb. Məhdudiyyətlərin bayram tədbirlərinin hazırlanması və keçirilməsi dövründə təhlükəsizlik tədbirləri ilə bağlı olduğu bildirilir.

Redaksiya “Bilayn”, TASS və “İnterfaks”a istinadla xəbər verir ki, operatorun abunəçilərə göndərdiyi mesajda Moskvada mobil internet və SMS-lərin işində müvəqqəti məhdudiyyətlərin ola biləcəyi qeyd olunub. Abunəçilərə internetə çıxış üçün Wi-Fi-dan istifadə etmək tövsiyə edilib.

Səsli zənglər üçün isə smartfonların ayarlarında VoLTE funksiyasının aktivləşdirilməsi məsləhət görülüb. Operator xəbərdarlığında bu addımın əlaqənin daha stabil saxlanmasına kömək edə biləcəyi bildirilib.

Məhdudiyyətlər mayın 9-da keçiriləcək Qələbə Günü tədbirləri ərəfəsində tətbiq oluna bilər. Moskva hakimiyyəti və mobil operatorlar təhlükəsizlik tədbirləri çərçivəsində rabitə xidmətlərində müvəqqəti fasilələrin yaşana biləcəyini istisna etmir.