Monqolustan Prezidenti Minski yer üzündə cənnət adlandırıb

Monqolustan Prezidenti Minski yer üzündə cənnət adlandırıb

Aytac Dəniz · Media ·

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Belarusun paytaxtı Minski “yer üzündə cənnət” adlandırıb. O, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı ölkənin təbiətindən, iqlimindən və infrastrukturundan heyran qaldığını bildirib.

Redaksiya məlumat verir ki, Xurelsux Belarus paytaxtının onda xüsusi təəssürat yaratdığını vurğulayıb. Monqolustan liderinin sözlərinə görə, Minsk digər ölkələrin paytaxtlarından fərqlənir.

“Digər paytaxtlardan fərqli olaraq, bura mənə yer üzündə cənnət kimi görünür. Burada iqlim və təbiət çox gözəldir. Ölkənizi, o cümlədən paytaxt Minsk şəhərini və onun infrastrukturunu çox bəyəndim”, – deyə Xurelsux bildirib.

Monqolustan Prezidenti Belarusun təbii şəraitini və şəhər infrastrukturunu yüksək qiymətləndirərək səfərinin onda müsbət təəssürat yaratdığını ifadə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Krımı “yer üzünün ən gözəl guşəsi” adlandırmışdı.