Misir Prezidenti Əbdülfəttah əs-Sisi və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan BƏƏ ərazisində yerləşdirilən Misir Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrə baxış keçiriblər.
Redaksiya Anadolu Agentliyinə istinadla xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi Misir qırıcılarının ölkə ərazisində yerləşdirildiyini rəsmi şəkildə təsdiqləyib.
Məlumata görə, iki lider hərbi bölmənin hazırlıq səviyyəsi və əməliyyat imkanları ilə tanış olublar. Təyyarələrin BƏƏ-nin müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək məqsədilə yerləşdirildiyi bildirilir.
Açıq mənbələrdə sözügedən təyyarələrin Misirə məxsus “Rafale” qırıcıları ola biləcəyi qeyd olunur. Lakin bu detal hələlik rəsmi şəkildə dəqiqləşdirilməyib.
Hadisə regionda hərbi gərginliyin artdığı bir vaxtda Misir və BƏƏ arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndiyini göstərir.
