Meşədə gəzinti diqqət, özünüidarə və zehni çeviklik üzərində müsbət təsir göstərə bilər.
Redaksiya xəbər verir ki, alimlər yüzlərlə iştirakçının iştirakı ilə aparılan eksperimentdə təbiətdə vaxt keçirən insanların daha yaxşı konsentrasiya olduğunu, tapşırıqları daha rahat yerinə yetirdiyini və diqqəti daha sürətli dəyişə bildiyini müəyyən ediblər.
Araşdırmaya görə, bir saatlıq meşə gəzintisi bəzi iştirakçılarda koqnitiv göstəriciləri 20 faizə qədər yaxşılaşdıra bilər.
Mütəxəssislər bu təsiri ağacların, xüsusilə iynəyarpaqlı bitkilərin yaydığı təbii efir yağları və fitonsidlərlə əlaqələndirirlər.
Bildirilir ki, küknar qoxusu stressin azalmasına, nanə enerjinin artmasına və yuxululuğun azalmasına, sidr zehni fəaliyyətin stimullaşmasına, sərv isə diqqətin güclənməsinə kömək edə bilər.
Alimlər hesab edirlər ki, təbiətdə gəzinti beyin üçün sadə, ucuz və təhlükəsiz “reset” mexanizmi kimi işləyə bilər.
Mütəxəssislər gündəlik rejimə qısa meşə və park gəzintilərinin əlavə olunmasını diqqət, əhval və stresslə mübarizə baxımından faydalı hesab edirlər.
