Meksika açıqlarında minlərlə köpəkbalığı qeyri-adi şəkildə toplaşdı

Meksika açıqlarında minlərlə köpəkbalığı qeyri-adi şəkildə toplaşdı

Fərid Əlizadə · Maraqlı ·

Meksika sahillərində aparılan neft kəşfiyyatı zamanı minlərlə köpəkbalığının eyni anda bir araya gəlməsi və kütləvi şəkildə köç etməsi müşahidə edilib. Hadisə xüsusi təyinatlı təyyarədən kameralar vasitəsilə qeydə alınıb.

Redaksiya məlumat verir ki, dəniz bioloqları bu görüntüləri “nadir və izahı çətin təbii hadisə” kimi qiymətləndiriblər. Mütəxəssislər bildiriblər ki, bu cür böyük yığılmalar adətən qidalanma və ya çoxalma mövsümü ilə əlaqədar olsa da, bu dəfə səbəb tam aydın deyil.

Hazırda hadisə ilə bağlı ekoloji və elmi araşdırmalar davam edir. Araşdırma qrupları həm də neft axtarış işlərinin dəniz ekosisteminə təsirini qiymətləndirir.