ABŞ prezidenti Donald Trampın Rusiyaya 50 gün ərzində qərar verməsi ilə bağlı ultimatum xarakterli açıqlamasına cavab olaraq, Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində bəyanatla çıxış edib.
Redaksiya xəbər verir ki, Medvedev Trampın ritorikasına belə cavab verib:
“Tramp Rusiya ilə ultimatum oyunu oynayır: 50 gün, ya da 10… Ona sadəcə iki şeyi xatırlatmaq istərdim:
- Rusiya nə İsraildir, nə də İran.
- Hər yeni ultimatum bir təhdiddir və bu, Rusiya ilə Ukrayna arasında deyil, onun öz ölkəsi ilə müharibəyə addımdır. 'Yuxulu Co' (Co Bayden) yoluna getməsin!”
Bu açıqlama qısa müddətdə beynəlxalq medianın diqqətini çəkib və Rusiya–ABŞ münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyinə dair şərhlərə səbəb olub. Tramp isə Medvedevin bu fikirlərindən sonra iki strateji nüvə sualtı qayığını kritik bölgələrə yönləndirdiyini bəyan edib.
Sevinc Kərimova
