ABŞ Konqresinin üzvü Marjori Teylor Qrin ABŞ-ın xarici müdaxilələrinə münasibət bildirərək, bu siyasətin əvvəlki illərdə İraq və Liviyada tətbiq edilən ssenarilərlə eyni olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Qrin amerikalıların bir zamanlar Səddam Hüseyn və Müəmmər Qəddafinin devrilməsindən sonra da “xilasetmə” anlayışı ətrafında sevindirildiyini xatırladıb və bunun Vaşinqtonun dəyişməyən yanaşması olduğunu deyib.
Onun sözlərinə görə, bu yanaşma ABŞ xalqının maraqlarına xidmət etmir, əksinə, iri korporasiyaların, bankların və neft sektorunda marağı olan çevrələrin xeyrinə işləyir.
Qrin qeyd edib ki, bu cür siyasətlər uzunmüddətli sabitlik yaratmaq əvəzinə yeni böhranlara yol açır və Amerika cəmiyyətində artan narazılığın əsas səbəblərindən birinə çevrilir.
